Füzuli rayonunda yerləşən bazar tamamilə yanıb

Yanğın nəticəsində bazarın 30 iri və 50 kiçik obyektinin külə döndüyü bildirilir

İyulun 6-da Füzuli rayonunun Əhmədbəyli kəndində yerləşən bazar tamamilə yanıb. Gecə saat 4 radələrində başlayan yanğın səhər saatlarınadək davam edib. Alovu Füzuli rayonunun Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının səyi nəticəsində söndürmək mümkün olub.


«Trend»in müxbirinin verdiyi xəbərə görə, yanğın nəticəsində bazarın 30 iri və 50 kiçik obyekti külə dönüb. Yanğın 50 kv.m-lik ərazini əhatə edib.


Hadisənin baş verməsinin ilkin ehtimalı kimi qaz balonunun partlaması göstərilib. Satıcılar APA-ya bildiriblər ki, onlara ümumilikdə 1 milyon manata qədər zərər dəyib.