«Nabukko Avropa üçün çox vacib layihədir»

Çexiya Respublikasının Xarici işlər naziri Karel Şvartsenberq

«Nabukko Avropa üçün çox vacib layihədir». Bunu Çexiya Respublikasının Xarici işlər naziri Karel Şvartsenberq iyulun 4-də Bakıda bəyan edib.


O, Qərbi Avropa ölkələrini prosesdə daha yaxından iştiraka çağırıb:


«Biz bu layihədə partnyor olmasaq da, danışıqların gedişatını çox maraqla izləyirik. Gözləyirik, ki bu proses uğurla başa çatsın»


Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov isə bəyan edib ki, Bakı qaz əməkdaşlığında Qərblə Rusiya arasında seçimi iqtisadi baxımdan edəcək:


«Azərbaycanda artıq bir neçə neft və qaz borusu işləyir. Yeni layihələrə başlayanda isə iqtisadiyyat çox mühüm rol oynayır. ARDNŞ-la «Qazprom» arasında danışıqlar davam edəcək. İlk növbədə kommersiya baxımdan məsələyə yanaşılacaq».


Çexiya Respublikası 2009-cu ildən Avropa Birliyinə sədrlik edəcək.