Azərbaycan sülhməramlısı həlak olub

Azərbaycan sülhməramlıları İraqda

Azərbaycan sülhməramlı bölüyünün əsgəri Rəfael Ağayev İraqda xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.


Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.


Qohumlarının «ANS Press» ə verdiyi məlumata görə, hadisə əsgərin silahla ehtiyatsız davranması nəticəsində baş verib. Belə ki, R. Ağayev silahı təhvil verərkən, silahdan açılan atəş boğaz nahiyəsinə dəyib.


Xaçmaz rayonundan olan 1988-ci il təvəllüdlü R. Ağayev artıq hərbi xidmətini başa vuraraq Azərbaycana dönməliymiş.


Azərbaycan sülhməramlılarının İraqdakı fəaliyyəti dövründə bu, ilk ölüm hadisəsidir. Azərbaycan Silahlı Qüvvələrinin 150 nəfərdən ibarət sülhməramlılar bölüyü əl-Hədida şəhərindəki su elektrik stansiyasını qoruyur.