Azərbaycan-Amerika demokratiya dialoqu başlayır

Dialoqda əsasən prezident seçkisi, medianın vəziyyəti müzakirə olunacaq

İyunun 27-də Azərbaycanla Amerika arasında demokratiya dialoqu başlayır. Bu sayca 3-cü dialoqdur. Amerika nümayəndə heyətinə dövlət katibinin demokratiya və insan haqları üzrə müavini Devid Kremer başçılıq edir.


ABŞ səfirliyindən Conatan Henik deyir ki, bugünkü dialoqda əsasən prezident seçkisi, medianın vəziyyəti müzakirə olunacaq.


Amerika-Azərbaycan demokratiya dialoqları 2006-cı ilin dekabrında başlayıb. Xarici işlər naziri Elmar Məmmədyarov 2007-ci ilin martında Vaşinqtonda olub. Ötən ilin avqustunda isə iki ölkə arasında virtual əlaqə - XİN-lə Dövlət Departamenti arasında telekörpü yaradılıb.