«Sərhədsiz reportyorlar» Emin Hüseynova qarşı zorakılığı pisləyir

Press-relizdə həmçinin Emin Hüseynova lazımı tibbi müayinə göstərilməsi tələb edilir

Mətbuat azadlığını beynəlxalq müdafiə təşkilatı «Sərhədsiz reportyorlar» Emin Hüseynova qarşı mənəvi və fiziki zorakılığı pisləyir. Qurumdan «Turan»a daxil olan press-relizdə deyilir ki, Nəsimi rayonundakı 22-ci Polis Bölməsində jurnalistə edilən təzyiq nəticəsində o, huşunu itirib və xəstəxanaya yerləşdirilib: «Biz Emin Hüseynovu tam dəstəkləyirik, baxmayaraq ki, hakimiyyət ona qarşı edilən təzyiqlərin sübut və dəlillərini təkzib edir. Biz hakimiyyətə öz etirazımızı bildiririk».


Press-relizdə həmçinin bu işin araşdırılması və Emin Hüseynova lazımı tibbi müayinə göstərilməsi tələb edilir.