Türkiyə - Çexiya: 3-2

Türklər 2-0 hesabı ilə geridə olsalar da, sonradan hesabı öz xeyirlərinə dəyişə biliblər

Futbol üzrə Avropa Çempionatında Türkiyə yığma komandası 1/4 finala çıxdı. Cenevrənin «Stad-de-Jenev» stadionunda keçirilən oyunda Türkiyə yığması Çex Respublikasının komandasını 3-2 hesabı ilə məğlub edib.


Türklər bu görüşdə 2-0 hesabı ilə geridə olsalar da, sonradan hesabı öz xeyirlərinə dəyişə biliblər.
75-ci dəqiqədə Arda Turan, 87-ci dəqiqədə isə Nihat Qəhvəçi hesabı bərabərləşdiriblər. Nihat Qəhvəçi 89-cu dəqiqdə qapıçı Çexlə üz-üzə qalıb və üçüncü topu qapıdan keçirib.


Oyununun son dəqiqələrində Türkiyə yığmasının qapıçısı Volkan Dəmirəl Y. Kollerə qarşı kobud hərəkət etdiyi üçün qırmızı vərəqə alıb.


1/4 finalda türklər Xorvatiya yığma komandası ilə üz-üzə gələcəklər.