QHT Şurası layihələrin maliyyələşdirilməsinə başlayır

Əliməmməd Nuriyev deyir ki, artıq 15 istiqamət üzrə layihələrə qrant ayrılıb

Prezident yanında Qeyri-hökumət təşkilatlarına dəstək Şurası layihələrin maliyyələşdirilməsinə başlayır. Bu barədə «Azadlıq» radiosunun «Xəbər-ətər» verilişinin qonağı olan şuranın üzvü Əliməmməd Nuriyev deyib.


O, bildirir ki, artıq 15 istiqamət üzrə layihələrə qrant ayrılıb: «Burada siyasi və dini fəaliyyət istisna olmaqla seçkilər, insan haqları, uşaq-qadın hüquqları ilə bağlı müxtəlif sahələr nəzərdə tutulur».


Ə.Nuriyev hər sahəyə 90 min manat ayrıldığını deyir. Hər layihənin maliyyələşdirilməsi üçün isə maksimum 20 min manat nəzərdə tutulub: «Layihələr seçim əsasında müəyyənləşəcək». E.Nuriyev deyir ki, ictimaiyyət də seçimlərə nəzarət etməlidir.