Almaniya Polşanı iki cavabsız topla keçdi

İyunun 8-də futbol üzrə Avropa çempionatının B qrupunun oyunları keçirilib. Avstriya doğma azarkeşləri önündə Xorvatiyaya məğlub olub- 0-1. Oyunda yeganə qolu penaltidən Luka Modriç vurub.


Almaniya isə Polşa ilə oyunda iki cavabsız topla qələbə qazanıb. Hər iki qolu alman yığmasının oyunçusu Lukas Podolski vurub.


İyunun 9-da «ölüm qrupu» adlandırılan C qrupunda ilk tur oynanacaq. Fransa Rumıniya ilə, İtaliya isə Hollandiya ilə qarşılaşacaq.