Magistraturaya sənəd qəbulu başlayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2008-2009-cü tədris ili üçün ölkənin ali məktəblərinin magistratura pilləsinə sənəd qəbulu elan edib.


Komissiyadan bildirilir ki, sənəd vermək istəyənlər öz ərizələrini internet vasitəsilə quruma göndərə bilərlər. Vahid ərizə forması TQDK-nın saytına yerləşdirilib. Ərizəni doldurandan sonra onu iyunun 14-dək Komissiyada təsdiqlətmək lazımdı.


Bakalavr dərəcəsinə yiyələnən, yaxşı qiymətlərlə oxuyan, yaşı 27-ni keçməmiş məzunlar və ya sonuncu kursda təhsil alanlar Türkiyə universitetlərinin magistraturasına da ərizə verə bilərlər.


Hər iki ölkənin ali məktəblərinin magistratura pilləsinə qəbul imtahanı eyni vaxtda aparılacaq.