Əli Laricani parlamentin spikeri oldu

İran parlamentinin əksər üzvləri səslərini Laricaniyə verib

İran parlamenti Əli Laricanini spiker vəzifəsinə təyin edib. İran mediasının verdiyi məlumata görə, o, 259 səsdən 237-ni qazanıb. İranın nüvə danışıqları üzrə vasitəçisi olan Əli Laricani keçən il bu vəzifədən gedib. Məlumata görə, buna İran prezidenti Əhmədinejadla fikir ayrılığı səbəb olub. Laricanini gələn il İranda keçiriləcək president seçkisində Əhmədinejada potensial rəqib hesab edirlər.