AŞPA Monitorinq Komitəsi Azərbaycan üçün «yol xəritəsini» müzakirə edəcək

Andres Herkel və Yevgeniya Jivkova məruzəni Komitə üzvlərinə təqdim edəcəklər

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi mayın 27-də Kiyevdə keçiriləcək iclasında «Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında» məruzə layihəsinə baxacaq.


Komitənin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova məruzəni Komitə üzvlərinə təqdim edəcəklər.


Məruzədə «yol xəritəsi» - oktyabrda keçiriləcək prezident seçkisi öncəsi Azərbaycana tövsiyələr yer alıb. Məruzənin mətni və tövsiyələr təsdiq olunduqdan sonra sənəd iyunun sonunda AŞPA-nın yay sessiyasının müzakirəsinə çıxarılacaq.


Azərbaycan AŞPA-nın monitorinq altında olan 11 üzvündən biridir. / Turan /



A. Herkel «Azadlıq» radiosuna bildirib ki, «həbsdə olan jurnalistlər azadlığa buraxılmasa, AŞPA-nın iyun sessiyasına təqdim edəcəkləri hesabat çox sərt olacaq».