Azərbaycanlıların məskunlaşdığı rayonda 4 məntəqənin nəticələri ləğv olunub

Gürcüstan azərbaycanlılarının məskunlaşdığı Marneuli rayonunda artıq 4 seçki məntəqəsinin nəticələri ləğv olunub.


Xəbəri «Azadlıq» radiosuna hazırda Gürcüstanda olan jurnalist Seymur Kazımov verib.


Gürcüstanın Mərkəzi Seçki Komissiyası buna səbəb kimi ciddi qanun pozuntularının olduğunu göstərib.


Mayın 21-də Gürcüstanda parlament seçkiləri keçirilib. İlkin məlumata görə, prezident Mixail Saakaşvilinin partiyası 60 faizdən çox səs yığıb.