İran polisi hücuma hazırlaşır

İranın qadın polislərdən ibarət alayı

İran polisi ölkə ərazisində geniş kampaniyaya başlamağa hazırlaşır. Məqsəd ölkə rəsmilərinin təbirincə desək «Qərbin təsiri ilə əxlaqı pozulmuş şəxslərə qarşı» mübarizə aparmaqdır.


Bunlar əsasən zorlama törədənlər, satanistlərdir. Əxlaq polisi bu məqsədlə mayın 17-də bütün ölkə boyunca kampaniya aparacaq. Qanunu pozanlara əvvəlcə xəbərdarlıq ediləcək.


Bundan əvvəl İran polisi bəyan edib ki, şəriətə uyğun geyinməyələrə də qarşı kampaniya aparacaq.