«Azərbaycan özünü taxılla tam təmin etmək gücündə deyil»

Azərbaycanda taxıl ehtiyatları təxminən 500 min ton təşkil edir

Azərbaycanda taxıl ehtiyatları təxminən 500 min ton təşkil edir. Kənd təsərrüfatı naziri İsmət Abbasov belə deyib.


Nazir bildirib ki, ölkəyə taxıl idxalı davam edir. Təkcə aprel ayında 104 min ton taxıl idxal edilib. Bununla yanaşı, yerli istehsalın artırılması üzrə tədbirlər həyata keçirilir:


«Buna baxmayaraq, Azərbaycan hələ özünü taxıl məhsulları ilə tam təmin etmək gücündə deyil».


Nazir deyir ki, indi Azərbaycan taxıla olan tələbatının təxminən 70%-ni, ət və ət məhsullarına tələbatın 90%-ni və kartof, tərəvəz və meyvələrə tələbatın 90%-ni təmin edir.


İsmət Abbasov ölkədə «qiymətlərin süni artırılması» faktlarının olduğunu da deyib.