Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılıb

Prezident İlham Əliyevin fərmanı ilə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılıb.

Sənəddə deyilir ki, Bulvar idarəsi Bakı şəhərindəki dənizkənarı bulvarın vəziyyəti, mühafizəsi, qorunması, inkişaf etdirilməsi və bərpası sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.


Dövlət başçısı həmçinin idarənin əsasnaməsini və strukturunu təsdiq edib. / Turan /