Nalbandyan və Məmmədyarov mayda görüşəcəklər

Ermənistan və Azərbaycanın Xarici İşlər nazirləri Edvard Nalbandyan və Elmar Məmmədyarovun görüşü mayın 7-də Strasburqda keçiriləcək. Bu barədə «Turan»a diplomatik mənbələrdən məlum olub.
Həmin günlərdə Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin iclası keçiriləcək.