Dünya başqa enerji mənbəyi tapmalıdır

«Dövlətlər fikirləşməli və başqa enerji mənbələri tapmalıdırlar»

Dünya başqa, neftdən fərqli enerji mənbəyi tapmalıdır. «WorldPublicOpinion.org» saytının apardığı sorğuya cavab verənlərin çoxu belə deyir.


«WorldPublicOpinion.org» 15-16 ölkədə, o cümlədən Azərbaycanda sorğu keçirib. İştirakçıların çoxu hesab ediblər ki, neftin qiyməti qalxmaqda davam edəcək. Dövlətlər fikirləşməli və başqa enerji mənbələri tapmalıdırlar.


Azərbaycanda, Rusiyada əhalinin yarıdan çoxu, Amerikada 75%, Böyük Britaniyada 85%, Fransada isə 90% bu fikirdədir.


Azərbaycanda respondentlərin yarısı həmçinin deyib ki, hökumət təzə enerji mənbələri üzərində yox, yenə də neft mənbələri axtarmaq üzərində çalışır.