Gəncədə çörəyin qiyməti 33 faiz artıb

İdxal olunan taxılın 66 faizi Qazaxıstanın payına düşür

İndi 400 qramlıq çörək 40 qəpiyə satılır.

Ölkənin qərb regionlarını unla təmin edən «Fatıoğlu» emal müəssisəsi bəyan edib ki, çörəyin qiymətinin artmasına səbəb taxıl defisiti olub. Şirkət taxılı əsasən Qazaxıstandan alır.


Şirkətdən bildiriblər ki, ilin əvvəlində buğdanın 50 kq-lıq kisəsi 18 manata olduğu halda, hazırda 25 manatdır.


Qazaxıstan hökuməti aprelin 15-də qərara alıb ki, sentyabrın 1-ə kimi xaricə taxıl satmasınlar. Bu, ərzaq təhlükəsizliyi üçün edilib.


Azərbaycanın illik taxıl tələbatı 3 mln. tondur. İdxal olunan taxılın 66 faizi Qazaxıstanın payına düşür. / Trend /