Serj Sarkisyan vəzifəsinin icrasına başladı

İnauqurasiyaya 58 ölkədən və 12 beynəlxalq təşkilatdan nümayəndə dəvət olunub

Ermənistanın 3-cü prezident Serj Sarkisyan vəzifəsinin icrasına başlayıb. Aprelin 9-da onun inauqurasiya mərasimi olub. O, konstitusiyaya və İncilə əl basaraq, Ermənistanın ərazi bütövlüyünü, təhlükəsizliyini, insan haqlarını qoruyacağına and içib.


Mərasim Yerevandakı Opera Balet teatrında keçirilib. Serj Sarkisyanı teatr binasında indiki prezident Robert Koçaryan və xanımı Bella Koçaryan qarşılayıb.


Baş nazir Serj Sarkisyan fevralda keçirilən seçkidə qalib gəlib. Müxalifət isə seçkinin saxtalaşdırıldığını deyir.


İnauqurasiyaya 58 ölkədən və 12 beynəlxalq təşkilatdan nümayəndə dəvət olunub. Amerikadan dövlət katibi müavinin köməkçisi Metyu Brayza, Rusiyadan spiker Boris Qrızlov, Avropa Birliyinsən Cənubi Qafqaz üzrə nümayəndəsi Piter Semnebi mərasimdə iştirak ediblər.