«Siyasi məhbusları dərhal azadlığa buraxmaq lazımdı»

Həmməruzəçilərin hesabatı bu ilin iyununda dinləniləcək

Martın 18-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsində bu qurumun Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkovanın hesabatı barədə məlumatlar dinlənib. Bu hesabat Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin monitorinqi əsasında hazırlanıb.

Qurumun Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelin «Azadlıq» radiosuna verdiyi məlumata görə, hesabatın əsas hissəsi Azərbaycanda insan haqlarının, söz və mətbuat azadlığının vəziyyətinə, o cümlədən siyasi məhbuslarla bağlı məsələlərə həsr olunub.


Andess Herkel deyir ki, onlar hesabatda Seçki Məcəlləsiylə bağlı məsələlərə də yer ayırıblar: «O ki qaldı seçki məntəqələrinin tərkibinə, bizim təkliflərimiz aydındı. Siyasi məhbuslara gəlincə isə, onları dərhal azadlığa buraxmaq lazımdı».


Avropa Şurasıs Parlament Assambleyasının həmməruzəçilərinin hesabatı bu ilin iyununda dinləniləcək.