Polis seçkiyə hazırdır

Daxili İşlər naziri Ramil Usubov

«Mən düşünmürəm ki, builki seçkilər zamanı cəmiyyətimiz üçün problem yaradan hallar olsun. Amma polis hər zaman buna hazırdır. Hər hansı ola biləcək gözlənilməz vəziyyətdə polisin kifayət qədər imkanı, qüvvəsi və operativliyi var ki belə hadisələrin qarşısını tez və qətiyyətlə alsın».


Daxili İşlər naziri Ramil Usubov jurnalistlərə açıqlamasında belə deyib. Nazir bu bəyanatı «Azadlıq» meydanında, Çevik Polis Alayına 188 yeni «Fiat» markalı avtomobilin verilməsi ilə mərasimində səsləndirib. Xəbəri «ANS» yayıb.


Azərbaycanda prezident seçkiləri bu ilin payızında keçiriləcək.