«Rusiyada yaşayan azərbaycanlılar Medvedevi dəstəkləyəcək»

«Qərara alınıb ki, martın 2-də keçiriləcək seçkilərdə diaspor nümayəndələri fəal iştirak etsinlər»

Rusiyada yaşayan azərbaycanlılar prezident seçkilərində Dmitri Medvedevin namizədliyini dəstəkləyəcək.


Bunu fevralın 29-da keçirdiyi mətbuat konfransında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.


Komitə sədri bildirib ki, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) iclasında belə bir qərar qəbul olunub: «Qərara alınıb ki, martın 2-də keçiriləcək seçkilərdə diaspor nümayəndələri fəal iştirak etsinlər və prezident Vladimir Putinin təklifi ilə irəli sürülən Dmitri Medvedevin namizədliyini dəstəkləsinlər».


ÜAK-ın Sverdlovsk dairə bölməsi isə yerli bələdiyyə seçkilərində hakim «Yedinaya Rossiya» Partiyasının namizədlərini dəstəkləyəcəklər.


Rəsmi məlumatlara görə Rusiya Federasiyasında 2 milyondan çox azərbaycanlı yaşayır.