Baş redaktorun məhkəməsi fevralın 28-nə təyin edildi

Prokuror Qənimət Zahidin beş il azadlıqdan məhrum edilməsini istəyib

Qənimət Zahidin Yasamal Rayon Məhkəməsində keçirilən prosesi hakimin səhhətində yaranan problemlər səbəbindən təxirə salınıb. Budəfəki iclasda vəkillərin çıxışı və jurnalistin son söz deməsi gözlənilirdi.


Məhkəmə fevralın 28-nə təyin edilib.


Bundan əvvəlki məhkəmə prosesində prokuror Qənimət Zahidin beş il azadlıqdan məhrum edilməsini istəyib.


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid 2007-ci ilin noyabrında xuliqanlıqda təqsirləndirilərək həbs edilib.


Jurnalist isə həbsinin peşə fəaliyyəti ilə əlaqədar olduğunu bildirir. Beynəlxalq insan hüquqları təşkilatları Qənimət Zahidin həbsini pisləyir və onun dərhal azad olunmasını tələb edirlər.