Prokuror Qənimət Zahidə beş il iş istəyib

Qənimət Zahidin vəkilləri çıxışa hazırlaşmaq üçün fevralın 26-na qədər vaxt istəyiblər

Fevralın 19-da keçirilən məhkəmə prosesində prokuror Qənimət Zahidin beş il azadlıqdan məhrum edilməsini istəyib.


Dövlət ittihamçısı məhkəmədən digər təqsirləndirilən Vüsal Həsənovun iki il müddətinə cəzalandırılmasını xahiş edib. Vəkilləri isə Vüsal Həsənova bəraət verilməsini istəyiblər.


Qənimət Zahidin vəkilləri çıxışa hazırlaşmaq üçün fevralın 26-na qədər vaxt istəyiblər. Hakim prosesin həmin gün davam etdirilməsinə qərar verib.


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid 2007-ci ilin noyabrında xuliqanlıqda təqsirləndirilərək həbs edilib.


Jurnalist isə həbsinin peşə fəaliyyəti ilə əlaqədar olduğunu bildirir. Beynəlxalq insan hüquqları təşkilatları Qənimət Zahidin həbsini pisləyir və onun dərhal azad olunmasını tələb edirlər.