ABŞ Kosovonun müstəqilliyini tanıyır

Fevralın 17-də Kosovo müstəqilliyini elan edib

Bu haqda Amerikanın Dövlət katibi Kondoliza Rays öz bəyanatında bildirib.


Fransa, Böyük Britaniya, Almaniya və İtaliya da Kosovonun müstəqilliyini dəstəkləyiblər. Onlar öz qərarlarını Brüsseldə - Avropa Birliyi ölkələrinin Kosovo ilə bağlı toplantısından sonra bildiriblər.


Amma İspaniya bundan imtina edib. Kipr, Yunanıstan, Slovakiya, Bolqarıstan və Rumıniya da Kosovonun müstəqilliyini tanımayacaqlarını bəyan ediblər.