Daha bir MİQ-29 qəzaya uğradı

MİQ-29 təyyarələrini Rusiya istehsal edir

Qazaxıstanda təlim uçuşu keçirən MİQ-29 qırıcı təyyarəsi qəzaya uğrayıb. Məlumatı bu ölkənin Müdafiə Nazirliyi yayıb. Qəza nəticəsində pilotlardan biri həlak olub, digəri isə ağır yaralanıb.


Hadisənin Almatı şəhəri yaxınlığında baş verdiyi bildirilir. Səbəblər məlum deyil.


Yanvarın 29-da təlim uçuşu zamanı Azərbaycana məxsus MİQ-29 döyüş təyyarəsi də qəzaya uğrayıb və təyyarəni idarə edən hər iki pilot həlak olub.


MİQ-29 təyyarələrini Rusiya istehsal edir. Azərbaycan isə onları Ukraynadan alıb.