Kommersiya ipotekası dövlət nəzarətindən çıxardılıb

Elman Rüstəmov deyir ki, yaxın günlərdə ipoteka kreditlərinin verilməsinə başlanılacaq

Sosial ipotekanın şərtlərində heç bir dəyişiklik edilməyəcək. Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyir ki, ipotekanın verilməsi ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub. Təkliflərə baxıldıqdan sonra yaxın günlərdə kreditlərin verilməsinə başlanılacaq.


Cənab Rüstəmov adi ipotekanın şərtlərinin dəyişdirildiyini deyib. Belə ki, kommersiya ipotekası dövlət nəzarətindən çıxardılıb və tam şəkildə kommersiya əsaslı olacaq. Onun sözlərinə görə artıq bu variant özünü doğruldub.


Azərbaycan mənzil alınması üçün ilk ipoteka krediti 2006-cı ilin martın 31-də verilib. 2007-ci ilin iyunun 1-dən isə vəsaitləri qurtardığı üçün İpoteka Fondu kreditlərin verilməsini dayandırıb. 2008-ci ilin dövlət büdcəsində isə bu il üçün yalnız güzəştli kreditlərinin verilməsinə 35 milyon manat vəsait ayrılıb.