AXCP fəalı sərbəst buraxıldı

AXCP-nin Nehrəm kənd təşkilatının rəhbəri Vəli Həmzəyev fevralın 9-u səhər sərbəst buraxılıb.


Vəli Həmzəyev fevralın 7-si səhər zorla evindən çıxarılaraq polis şöbəsinə aparılmışdı. Onu elektrik enerjisi haqqını ödəməməkdə günahlandırırdılar.


AXCP-nin Naxçıvan təşkilatından isə bildiriblər ki, Həmzəyev təşkilatın ən fəal üzvlərindəndir. Onun saxlanılması fəal cəbhəçilərin seçkiöncəsi proseslərdən uzaqlaşdırılmasına xidmət edir.