Amerika ilə Azərbaycan terrorizm sahəsində müzakirə aparacaqlar

Bunun üçün ABŞ Dövlət Departamentinin terrorizmlə mübarizə üzrə koordinatorunun birinci müavini Frenk Urbançik gələn həftə Bakıya gələcək.


Bu barədə «Azadlıq» radiosuna ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin başçısı Conatan Henik məlumat verib. Amma cənab Henik müzakirənin konkret məqamları barədə məlumat verməyib.


2001-ci ildən Azərbaycan beynəlxalq anti-terror koalisiyasının üzvüdür.