Super seçkinin qalibləri məlumdur

Obama deyib ki, bundan sonra Klintona qarşı mübarizə kompaniyasına başlamaq vaxtıdır

Amerikada super seçkinin qalibləri Con Makkeyn, Hillari Klinton və Barak Obamadır. Seçkilər 24 ştatda həyata keçirilib.


Nəticələrə görə, respublikaçılardan Makkeyn partiyasının bütün namizədlərini üstələyib. Demokratlarınsa hələ ki, iki namizədi irəlidədir. Hillari Klinton Nyu-York, Kaliforniya, Massaçusets və Nyu-Cersidə, Barak Obama isə İlənoy, Alabama, Corciya, Minesota ştatlarında xeyli səs yığıb.


Obama deyib ki, bundan sonra Klintona qarşı mübarizə kompaniyasına başlamaq vaxtıdır:


«İndi bizim vaxtımızdır, hərəkətə keçmək vaxtıdır. Amerikaya dəyişiklik gəlir!»


Budəfəki praymeriz həm də ona görə mühümdür ki, kampaniya iri ştatlarda keçirilib.


Amerikada yekun prezident seçkisi noyabrda olacaq.