Gələn həftədən «Ayna» qəzeti həftəlik nəşr olunacaq

«Ayna» qəzeti 1990-cı ildən çap olunur

Gələn həftədən «Ayna» qəzeti həftəlik nəşr olunacaq. Bu haqda «Azadlıq» radiosuna sözügedən nəşrin baş redaktoru Elçin Şıxlı məlumat verib. Onun sözlərinə görə, həftəliyə keçməyə maliyyə sıxıntısı səbəb olub: «Ötən illərlə müqayisədə indi qəzetə gələn reklamlar 40 faiz azalıb. Bunun əksinə olaraq isə çap xərcləri bahalaşıb».


E.Şıxlı deyir ki, əgər belə addım atmasaydılar, həm «Ayna», həm də «Zerkalo» qəzetləri bağlana bilərdi.


«Ayna» qəzeti 1990-cı ildən çap olunur. 2004-cü ildən gündəlik nəşr olunurdu.


Həm «Ayna», həm də «Zerkalo» qəzetlərinin təsisçi və baş redaktoru Elçin Şıxılıdır.