Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb

Hazırda qəzanın səbəbləri araşdırılır

Yanvarın 29-da təlim uçuşu zamanı Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 döyüş təyyarəsi qəzaya uğrayıb.


Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən «Azadlıq» radiosuna daxil olmuş məlumatda belə deyilir.


Nazirlik bildirir ki, qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot –Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub.


Hazırda qəzanın səbəbləri araşdırılır.


Bir sıra mənbələr hadisənin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığında baş verdiyini yazırlar.