Türkiyə ərazisində «quş qripi» tapılıb

İndiyədək Azərbaycan ərazisində virus aşkar edilməyib

«CNN-türk»ün yaydığı məlumata görə virus yanvarın 19-da, Türkiyənin Zonquldak şəhərində aşkar olunub. Bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Keçən il Türkiyədə «quş qripi»ndən 4 nəfər ölmüşdü.


Azərbaycanda isə «quş qripi»ylə bağlı monitorinq davam edir.


Yanvarın 14-dən başlayan monitorinq bu həftənin sonunda başa çatacaq. İndiyədək ölkə ərazisində virus aşkar edilməyib.


Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov məlumat verib. Onun sözlərinə görə, «quş qripi» qeydə alınmış qonşu Rusiya və İrandan ölkəyə heyvandarlıq məhsulları, yem və yem əlavəsi gətirilməsi dayandırılıb.