Lütfiyar İmanov vəfat edib

Lütfiyar İmanov vəfatına qədər Bakı Musiqi Akademiyasında professor kimi çalışırdı

Xalq artisti, opera müğənnisi Lütfiyar İmanov yanvarın 21-də axşam saatlarında vəfat edib. Müğənni şəkərli diabetdən və ürək çatışmazlığından əziyyət çəkirdi.


Lütfiyar İmanov 1929-cu ildə anadan olub.


İlk rolunu 1943-cü ildə Sabirabad Dövlət Musiqi Teatrının səhnəsində «5 manatlıq gəlin» tamaşasında oynayıb.


1959-cu ildə Moskvada səhnələşdirilən Üzeyir Hacıbəyovun «Koroğlu» operasında baş rolu-Koroğlunu oynayır. İmanov bundan sonra 30-dan çox operada baş rolun ifaçısı olur.


1975-ci ildə İtaliyanın Milan şəhərində La-Skala teatrında təcrübə keçir.


Vəfatına qədər Bakı Musiqi Akademiyasında professor kimi çalışırdı.