Naxçıvana təyyarə endi

Hazırda Naxçıvanda hava şəraiti normaldır, uçuşlar bərpa olunub

Yanvarın 8-də Bakıdan yola salınan təyyarə Naxçıvan aeroportuna enə bilib.


Naxçıvan aeroportu yanvarın 7-dən təyyarələri qəbul edə bilmirdi.


MR-nın Beynəlxalq hava limanında 1500-ə qədər adam təyyarə gözləyir. AZAL-ın nümayəndəsi Məhərrəm Səfərli «Azadlıq» radiosuna bildirib ki, aeroport pis hava şəraitinə görə işləmirdi.


Hazırda MR-nın hava şəraiti normaldır, uçuşlar bərpa olunub.