Aeroport işləmir

Hazırda Bakı aeroportuna nə bir təyyarə enir, nə də qalxa bilir

Hazırda Heydər Əliyev adına Beynəlxalq hava limanına nə bir təyyarə enir, nə də qalxa bilir. Bu barədə hazırda aeroportda olan «Azadlıq» radiosunun müxbiri xəbər verir. Əlverişsiz hava şəraitinə görə bütün reyslərin iflic olduğu bildirilir.


«AZAL»dan deyirlər ki, güclü qarın yağması nəticəsində uçuş zolaqları buz bağlayıb.


Yanvarın 6-dan isə Naxçıvana reyslər təxirə salınıb.