Kaxaber Çxadadze «Standard»ın baş məşqçisi oldu

Bir neçə gün əvvəl Yunis Hüseynovla yollarını ayıran Bakının «Standard» klubunu ikinci dövrədə Kaxaber Çxadadze çalışdıracaq. Gürcü mütəxəssis artıq Bakı klubu ilə müqavilə bağlayıb. Çxadadze son illər məşqçisi olduğu «Sioni» klubu ilə iki dəfə ölkəsinin çempionu adını qazanıb.