Norveç səfirliyi də əfv fərmanından razı, üç jurnalistin həbsdə qalmasından narazıdır

Səfirlik üç jurnalistin hələ də həbsdə olmasından narahatdır

«Biz bu addımın düzgün olduğunu düşünürük. Bu addım Norveç tərəfindən təqdir olunur. Əfv fərmanı Azərbaycanın beynəlxalq mövqeyinin yaxşılaşmasına xidmət edəcək».

Norveçin Azərbaycandakı səfirliyinin son əfv fərmanı ilə bağlı yaydığı məlumatda belə deyilir.


Amma səfirlik üç jurnalistin hələ də həbsdə olmasından narahatdır. (Hazırda həbsdə dörd jurnalist saxlanır. Onlardan biri – Müşfiq Hüseynov rüşvət almaqda təqsirləndirildiyindən, onun jurnalist fəaliyyətinə görə həbs olunduğu birmənalı qəbul edilmir – red.)


Məlumatda o da qeyd edilir ki, Norveç azərbaycanlı jurnalistlərin və mətbuat orqanlarının peşəkarlığının artırılması üçün layihələr həyata keçirəcək. / APA /