RTR-Planetanın Azərbaycanda yayımı dayandırılıb

RTR-Planetanın tezliyində yayımın MTRŞ-nın qərarı ilə dayandırılması barədə xəbərdarlıq yerləşdirilib

Şuradan onu da qeyd ediblər ki, artıq RTR-Planetanın yayıldığı tezlikdə yayımın MTRŞ-nın qərarı ilə dayandırılması barədə xəbərdarlıq da yerləşdirilib.


Azərbaycanın teleradio yayımçılarının proqramlarının Rusiya ərazisində, bu ölkənin teleradio yayımçılarının proqramlarının isə Azərbaycanda yayımı ilə bağlı hər iki ölkədə yaradılan işçi qruplarının uzun müddət apardıqları danışıqlar nəticəsiz başa çatıb.


Belə ki, ötən il dekabrın ortalarında işçi qrupun Rusiyada keçirilən son iclasında Rusiya tərəfi AzTV-nın öz ərazisində yayımı ilə bağlı təklifi reallaşdırmaqdan birmənalı imtina edib. Bundan sonra Azərbaycan MTRŞ məsələni bir daha müzakirə edib və bu gündən etibarən RTR-Planetanın ölkəmizin ərazisində yayımı dayandırılıb. (APA)