Qaxın icra başçısı dəyişdi

Prezident İlham Əliyevin dekabrın 27-də imzaladığı sərəncamla Abbas Cahandar oğlu Göyüşov Qax Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Ölkə başçısının digər sərəncamı ilə Mübariz Cuma oğlu Əhmədzadə bu vəzifəyə təyin edilib.