8 saatlıq dindirilmədən sonra jurnalist Elman Abbasov sərbəst buraxılıb

Dekabrın 7-si səhər Naxçıvanda saxlanan jurnalist Elman Abbasov Naxçıvan Daxili İşlər Nazirliyində 8 saat saxlanandan sonra sərbəst buraxılıb.


«Turan»ın bölgə müxbirinin verdiyi məlumata görə, Abbasovdan Naxçıvanı tərk etməmək barədə iltizam alınıb.


Dindirilmə zamanı polis Abbasovun müsadirə edilmiş kompyuterindəki hansısa məqalə ilə maraqlanıb.