21 yaşlılardan ibarət futbol yığması xorvatlı həmyaşıdlarına uduzub

Azərbaycanın 21 yaşlılardan ibarət futbol yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Gənclər İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda xorvat həmyaşıdlarına uduzub - 0:1. Bu, Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının turnirdəki 7-ci oyununda aldığı altıncı məğlubiyyətdir. Hazırda komanda 1 xalla sonuncu pillədə qərarlaşıb.