«Jurnalistlərə qarşı bu cür münasibət Azərbaycanın beynəlxalq nüfuzuna yaxşı təsir göstərmir»

Avropa Şurasının Baş katibi Terri Devis, 26 iyun 2006

«Mən Azərbaycan hakimiyyətinə bir neçə dəfə söz azadlığı sahəsində vəziyyətlə bağlı narahatlığımı bildirmişəm. Təəssüf ki, son hadisələr bu sahədə vəziyyətin yaxşılaşmadığını göstərir».


Bunu «Turan»a Avropa Şurasının Baş katibi Terri Devis «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin həbsini şərh edərkən deyib.


«Mən başa düşürəm ki, Qənimət Zahidə qarşı ittihamın onun jurnalist işinə aidiyyəti yoxdur. Lakin Zahidin məhkəməyə qədərki araşdırma müddətində həbsi və Azərbaycanda söz azadlığının ümumi vəziyyəti onun sənət yoldaşlarına dəhşətli təsir göstərir...


Hakimiyyət tamamilə əmin olmalıdır ki, jurnalistlərə qarşı bu cür münasibət onun beynəlxalq nüfuzuna yaxşı təsir göstərmir», - deyə, T. Devis qeyd edib.