Rusiyanın «Avropada adi silahlar haqqında müqavilə»dən çıxdığı təsdiqləndi

Rusiya Federasiya Şurası ölkənin «Avropada adi silahlar haqqında müqavilə»ni dayandırması qərarını təsdiqləyib. Müqavilənin dayandırılması isə dekabrın 12-dən qüvvəyə minəcək.


1990-cı ildə qəbul edilmiş «Adi silahlar haqqında müqavilə» Avropa ətrafında hərbi texnikanın yerləşdirilməsini məhdudlaşdırır.


Moskva NATO üzvlərinin müqavilənin 1999-cu il versiyasını qəbul etmədiyinə görə çıxdığını bildirib. NATO qüvvələri isə yeni dəyişiklikləri qəbul edə bilməyəcəklərini bildiriblər. Səbəb kimi Rusiyanın həm Gürcüstanda, həm də Moldovada hərbi kontingentinin olması göstərilir.