Romada futbol azarkeşləri ilə polis arasında qarşıdurma olub

Polis tərəfindən bir azarkeşin öldürülməsi Romada və İtaliyanın başqa şəhərlərində qarşıdurma ilə nəticələnib.


Polis hadisənin faciəvi səhv ucbatından baş verdiyini deyir.


Buna baxmayaraq, yüzlərlə azarkeşlər Romadakı polis məntəqəsinə hücum edib, maşınlara od vurublar.