AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisi təyin olunub

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə yeni həmməruzəçisi təyin edilib.


AzərTAc-ın məlumatına görə, bolqarıstanlı deputat Yevgeniya Jivkova AŞPA-da sosialistlər qrupunu təmsil edir. O, assambleyanın monitorinq komitəsinin mədəniyyət, elm və təhsil məsələləri üzrə monitorinq komitəsinin, habelə mədəni irs alt komitələrinin üzvüdür.


Y.Jivkova britaniyalı parlamentar Toni Lloydu əvəz edir.