Ağır cinayətlərdə təqsirli bilinənlərin axtarışı davam edir

Daxili İşlər Nazirliyi son günlər Bakı şəhərində və respublikanın bəzi bölgələrində baş verən bir sıra ağır cinayət hadisələrinin törədilməsində təqsirli bildiyi 3 nəfərin axtarışını davam etdirir. DİN rəsmisi Ehsan Zahidov bildirib ki, axtarış tədbirləri adi qayda da aparılır.


Nazirlik 32 yaşlı Kamran Şakir oğlu Əsədov, 24 yaşlı Bəxtiyar Allahyar oğlu Orucov və Fərid Paşa oğlu Cabbarovu axtarır.