Daxili təyyarə reyslərinə biletlərin qiymətləri artırıla bilər

Tarif Şurasının sədri Heydər Babayev deyir ki, Şuranın iclasında AZAL-ın təklifinə baxılacaq

AZAL daxili təyyarə reyslərinin artırılması ilə bağlı Tarif Şurasına müraciət edib. Müraciətdə Naxçıvan, Zaqatala, Gəncə və başqa daxili reyslərin təyyarə biletlərinin qiymətinin artırılması da təklif edilir.


Tarif Şurasının sədri, İqtisadi İnkişaf naziri Heydər Babayev deyir ki, Şuranın yaxın iclaslarında bu məsələyə baxılacaq.


Bundan əlavə Tarif Şurasına Fövqəladə Hallar Nazirliyində xidmət tarifləri və Gömrük Komitəsində idxal məhsulları ilə bağlı laboratoriya tariflərinin müəyyən edilməsi ilə də bağlı təkliflər verilib. Bu məsələ də şuranın iclasında müzakirə olunacaq.