Milli Hadziyevskiyə həvalə olundu

Serbiya komandasına məğlub olduqdan sonra Şahin Diniyev istefa vermişdi

Futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Qyoko Hadziyevski oldu. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytının məlumatına görə, Hadziyevski bu vəzifəni ilin sonunadək aparacaq.


Qərar AFFA İcraiyyə Komitəsi üzvlərinin razılığı ilə qəbul edilib.


Qyoko Hadziyevski buna qədər «Bakı» futbol klubunun baş məşqçisi idi.


Avropa çempionatı 2008-in final mərhələsinə çıxmaq uğrunda mübarizə aparan yığma son iki oyunda Portuqaliya və Serbiya komandalarına məğlub olduqdan sonra baş məşqçi Şahin Diniyev istefa verdiyini bəyan etmişdi. Lakin AFFA onun istefasının qəbul etməyərək, Diniyevdən yığmanı seçmə mərhələnin son iki oyununa da çıxarmağı xahiş etmişdi.