Oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi günüdür

18 oktyabr bayram kimi qeyd olunsa da rəsmi iş günüdür

1991-ci il oktyabrın 18-də parlament Azərbaycanın dövlət müstəqilliyi barədə Konstitusiya Aktını qəbul edib.


Sənəddə müasir Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisi elan olunub.


Konstitusiya Aktı siyasi və iqtisadi münasibətlərin fundamental prinsiplərini-bütün təbii sərvətlərin xalqa mənsub olmasını, mülkiyyətin bütün formalarının bərabərliyini, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təmin olunmasını özündə ehtiva edirdi.


Azərbaycanın müstəqilliyi birinci Türkiyə Cümhuriyyəti tanıyıb.


Konstitusiya Aktının müəlliflərindən biri tarixçi professor Hacıbaba Əzimov o günləri belə xatırlayır: «Xalqda birlik yarandı, iqtidar da müxalifət də bir araya gəldi, eyni məqsədə, müstəqilliyə səs verdi».


Ötən il dekabr ayında Milli Məclis 18 oktyabr Müstəqillik gününün iş günü hesab edilməsi ilə bağlı ölkənin Əmək Məcəlləsinə düzəlişlər etdi. Yəni bu gün bayram kimi saxlanılsa da, rəsmi iş günüdür. Hacıbaba Əzimov deyir ki, tarixə bu cür münasibət yalnız onun unudulmasına gətirib çıxarır.